Senator Qrem: Tramp İranla danışıqlarda şəxsən iştirak edib


ABŞ Prezidenti Donald Tramp mümkün razılaşma ilə bağlı İran nümayəndələri ilə aparılan danışıqlarda şəxsən iştirak edir.

Turkustan.az xəbər verir ki, bu barədə Respublikaçı senator Lindsi Qrem “Fox News” kanalına açıqlamasında bildirib.

Senatorun sözlərinə görə, Trampın İran nümayəndələri ilə danışıqlarda birbaşa iştirak etməsi onun üçün gözlənilməz olub.

“O, bir neçə gün əvvəl iranlılarla telefon danışığı aparırdı və söhbət o qədər gərginləşdi ki, Tramp İrana ‘oyun oynamağa davam etsələr nə baş verəcəyini’ açıq şəkildə bildirdi. O, həqiqətən də səsini itirmişdi”, – deyə Qrem əlavə edib. Senator həmçinin qeyd edib ki, həmin söhbət zamanı iranlıların yerində olmaq istəməzdi.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında iki həftəlik qarşılıqlı atəşkəsin elan olunması və Hörmüz boğazından ticarət gəmilərinin hərəkətinin bərpası ilə bağlı razılıq əldə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ