ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür edib.
Turkustan.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında yazıb.
"İran Hörmüz boğazının açıldığını bildirib. Təşəkkür edirəm", - Birləşmiş Ştatlar lideri bildirib.
Qeyd edək ki, aprelin 17-də İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının açıldığını elan edib. O bildirib ki, boğaz atəşkəs müddəti ərzində tam şəkildə açıq qalacaq./“Yeni Sabah”