İran İnqilab Keşikçiləri Korpusu ABŞ və İsrailin atəşkəsi pozan istənilən təcavüzünə dağıdıcı cavab verəcəyini açıqladı.
Turkustan.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu "Ordu Günü" münasibətilə yazılı açıqlama yayıb.
ABŞ-İsrail arasında atəşkəsi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edilən bəyanatda deyilir: "Ordu və İnqilab Keşikçiləri Korpusu düşmənlərin istənilən təcavüzkar və cinayətkar hərəkətlərinə güclü cavab verməyə hazırdır".
Bəyanatda həmçinin qeyd olunur ki, ABŞ-ın 4 martda beynəlxalq sularda batırdığı "Dena" gəmisində həyatını itirənlər üçün qisas alınacaq.
Aytən Yaşar/ Turkustan.az