Slovakiya yaxın günlərdə Aİ-nin Rusiya qazının idxalını qadağan etmək qərarına etiraz edən və ilkin qadağa tələb edən məhkəmə iddiası qaldıracaq.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Ölkənin Baş naziri Robert Fiko bildirib ki, Slovakiya yaxın günlərdə Aİ-nin Rusiya qazının idxalına qadağa qoymaq qərarına etiraz edərək məhkəməyə müraciət edəcək və ilkin qadağa tələb edəcək.
Onun sözlərinə görə, Bratislava qərarın Aİ-nin fundamental prinsiplərini pozduğunu düşünür. Onun fikrincə, sanksiyalar və xarici siyasət məsələləri ilə bağlı qərarlar yekdilliklə qəbul edilməlidir.
Macarıstan artıq qadağaya qarşı məhkəmə iddiası qaldırıb və Slovakiya əvvəllər də eyni şeyi edəcəyini bildirib. Fiko hökumətinin iddiasını 27 aprel tarixinə qədər qaldıracağını bildirib.
Aytən Yaşar/ Turkustan.az