Ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 19-da yekunlaşıb. Ümumilikdə 86 min 461 abituriyent və subbakalavr seçim edib.
Mütəxəssislərin proqnozuna görə, bu il təxminən 60 min abituriyent ali təhsildən kənarda qalacaq.
Bəs bu qədər gəncin aqibəti necə olacaq? Ümumiyyətlə, son vaxtlar təhsilin müxtəlif istiqamətlərində ciddi narazılıqlar müşahidə olunur. Ən çox müzakirə edilən məsələlərdən biri universitetlərdə təhsil haqlarının artırılmasıdır. Digər bir mühüm problem isə xaricdə təhsil alanların diplomlarının tanınmamasıdır.
Dosent İlham Əhmədov "TV Müsavat"ın qonağı olub, mövzu üzrə mövqeyini bildirib. Musavat.com həmin videomaterialı təqdim edir.