Vaşinqton–Tehran masasında kritik saatlar – Ağ Evdən gecikmə mesajı


ABŞ və İran arasında aparılan danışıqlarla bağlı yeni detallər açıqlanıb.

Turkustan.az xəbər verir ki, Ağ Ev administrasiyası İranla yekun sazişin əldə olunmasının bir neçə gün çəkə biləcəyini bildirib. Axios-un məlumatına görə, Vaşinqton hesab edir ki, sənədin İran rəhbərliyi tərəfindən təsdiqlənməsi üçün əlavə vaxt tələb olunur.

Məlumata əsasən, ABŞ administrasiyası bazar günü yekun razılaşmanın əldə olunacağını gözləmir. Bildirilir ki, ali dini lider Müctəba Xameneinin də daxil olduğu İran rəhbərliyinin qərarı üçün müəyyən zaman lazımdır.

Bu arada İranın ali rəhbərinin hərbi müşaviri Möhsən Rzai Tasnim agentliyinə açıqlamasında bildirib ki, Fars körfəzinə qarşı düşmən müdaxiləsi baş verərsə, Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər.

Rzai qeyd edib ki, bu addım qarşı tərəf üçün ağır nəticələr doğura bilər.

Eyni zamanda İsrailin baş naziri Benyamin Netanyahu da İranla mümkün razılaşma barədə mövqeyini açıqlayıb. Netanyahu bildirib ki, yekun saziş İranın nüvə təhlükəsini tam aradan qaldırmalıdır.

Onun sözlərinə görə, bu, İranın uranı zənginləşdirmə obyektlərinin sökülməsi və zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılması deməkdir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ