Tatarıstanda Sabir Rüstəmxanlıya təbrik


Tatarıstanın xalq şairi, Tatarıstan Respublikası Yazıçılar Birliyi sədri və Tatarıstan Dövlət Şurasının deputatı Rıkail ZeydullaAzərbaycan Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlını 80 illik yubileyi münasibətilə təbrik edib.

Təbrik məktubunda Sabir Rüstəmxanlının görkəmli yazıçı, xalq şairi, alim, ictimai xadim, əsl vətəndaş və vətənpərvər olduğu vurğulanıb. Təbrik məktubunda deyilir: “Tatarıstan Respublikası Yazıçılar Birliyi adından və şəxsən öz adımdan Sizi əlamətdar yubileyiniz – 80 illik münasibətilə ürəkdən təbrik edirəm! Biz Sizi görkəmli yazıçı, xalq şairi, alim, ictimai xadim, öz ölkəsinin həqiqi vətəndaşı və vətənpərvəri kimi tanıyırıq!

Sizə möhkəm cansağlığı, bütün planlarınızın uğurla həyata keçməsini, sevdiyiniz Azərbaycanın çiçəklənməsini arzulayıram! Qoy Allah Sizə və qədim torpağınıza əmin-amanlıq, firavanlıq və bərəkət nəsib etsin!”.


MANŞET XƏBƏRLƏRİ