Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 90,52 dollara satılır.
Turkustan.az xəbər verir ki, Ötən gün 91,10 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 90,38 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09.08-də bağlanış vaxtı ilə müqayisədə 0,15 faiz artaraq 90,52 dollara çatıb. Eyni zamanda Vest Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 86,50 dollara satılıb.
İsrail və HƏMAS arasında danışıqların Qəzzada atəşkəsə və Yaxın Şərqdə gərginliyin azaldılmasına gətirib çıxaracağına dair qeyri-müəyyənlikdən sonra neft qiymətləri yenidən yüksəliş tendensiyası göstərib.
Geosiyasi gərginliyin yaratdığı təklif narahatlıqları səbəbiylə son 5 ayın ən yüksək səviyyəsinə çatan neft qiymətləri, Yaxın Şərq və Rusiya nefti ilə bağlı narahatlıqlarla dəstək tapmağa davam edir.
Digər tərəfdən, Yəməndə İran tərəfindən dəstəklənən husilər, İsrailin hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri ticarət gəmilərinə qarşı hücumlarını davam etdirirlər.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün başlatılan "Aspides" missiyası çərçivəsində 68 gəminin yaxın mühafizə ilə təmin edildiyini, 11 hücuma müqavimət göstərildiyini açıqlayıb.
Bu inkişaflar qlobal neft ehtiyatlarının əksəriyyətinin yerləşdiyi Yaxın Şərqdə tədarükün daha da pozulacağına dair narahatlıqları artıraraq neft qiymətlərinin yüksələn hərəkətini dəstəklədi.
FED-in son iclasının protokolları ilə yanaşı, sabah ABŞ-da açıqlanacaq inflyasiya məlumatlarının da investorların diqqət mərkəzində olduğunu ifadə edən analitiklər, məlumat və protokollardan gələn siqnalların bankın gələcək siyasətləri ilə bağlı daha çox ipucu verə biləcəyini qeyd ediblər. .
Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 91,54-93,84 dollar arası müqavimət, 89,24-86,94 dollar arası isə dəstək zonası kimi nəzərdən keçirilə bilər.
Eltac Zülfüqaroğlu/Turkustan.az