Dünya böyük bir ərzaq böhranına doğru gedir.
Turkustan.az xəbər verir ki, bu barədə məşhur maliyyə analitiki Lukas Ekvuame məlumat verib.
Onun sözlərinə görə, qlobal ərzaq istehsalının 50%-i birbaşa sintetik gübrələrdən asılıdır:
“Şimal yarımkürəsində əkin mövsümü yaxınlaşır və gübrələrin mövcudluğu ciddi şəkildə məhdudlaşmağa başlayıb:
- Boğazdakı vəziyyətə görə gübrə tədarükünün 30%-i bağlanıb;
- LNG tədarükünün 20%-i bağlanıb;
- Çin gübrə ixracına məhdudiyyətlər tətbiq edərək tədarükün ~30%-ni təhlükə altına alıb.
Sintetik gübrələrin əksəriyyəti təbii qazın köməyi ilə istehsalı olunur. Qaz yoxdursa, gübrə yoxdur. Gübrə yoxdursa, məhsul yoxdur. Məhsul yoxdursa, qida yoxdur”. /axar.az/