Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya


Rusiya Ermənistanın dəmir yollarının idarə olunmasının Qazaxıstana güzəştə gedilməsi ilə bağlı danışıqlar aparmır.

Turkustan.az xəbər verir ki, bu sözləri Rusiyanın nəqliyyat naziri Andrey Nikitin deyib.

“Birincisi, heç kimə heç bir güzəşt etmək planımız yoxdur. İkincisi, Ermənistandakı həmkarlarımız və tərəfdaşlarımız bu məsələləri bizimlə rəsmi səviyyədə müzakirə etməyiblər”, - deyə Nikitin bildirib.

Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistan respublikanın dəmir yolu nəqliyyat sistemini Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyinə təhvil verən müqavilə imzalanıb. Müqavilə 30 illikdir və əlavə on illik uzadılma imkanını nəzərdə tutur.

2025-ci ilin dekabrında Nikol Paşinyan rusiyalı tərəfdaşlarından dəmir yolunun Türkiyə və Azərbaycanla sərhədlərə aparan hissələrini tez bir zamanda bərpa etmələrini istəyib (bu hissələr Ermənistan və ABŞ arasında "Tramp marşrutu" nəqliyyat layihəsinin həyata keçirilməsi üçün lazımdır). Martın əvvəlində Ermənistanın baş naziri Rusiya ilə dəmir yolu idarəetməsinin Qazaxıstan, BƏƏ və ya Qətər kimi başqa bir ölkəyə verilməsi ilə bağlı müzakirələr apardıqlarını açıqlayıb.

Martın 26-da Paşinyan Rusiya və Ermənistanın idarəetməni qazaxıstanlı həmkarlarına verilməsi barədə razılığa gələcəklərinə ümid etdiyini vurğulayıb./axar.az


MANŞET XƏBƏRLƏRİ