Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi


30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən psixoloq Samirə Bağırova ilə bağlı qərar qəbul olunub.

Turkustan.az xəbər verir ki, S.Bağırova bildirib ki, onun namizədliyi qeydə alınmayıb.

“Dairə seçki komissiyasının qərarı ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etmişdim. Mənə hər şey aydın idi, dairənin qərarı qüvvədə saxlanıldı. Əvvəllər deputat kim olubsa, yəqin ki, yenə də o olacaq. Mənim yolum bura qədər idi” – o qeyd edib. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ