Sülh masasında vəziyyət dəyişdi – Bakı yeni oyunçuya yer verdi


Danışıqların davamlı hal alması Ermənistanı düzgün qərar verməyə həvəsləndirə bilər.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan-Ermənistan sülh danışıqlarındakı son gəlişmələrə diqqət çəkib:

“Azərbaycan və Ermənistan liderlərinin Münxendəki müzakirələrindən sonra xarici işlər nazirlərinin Berlin görüşü tərəflər arasındakı danışıqları yenidən canlandırıb. Bu görüşlərdən dərhal sonra işə başlayan Antalya Dilpomatiya Forumu da yerinə düşdü. Ermənistan və Azərbaycan foruma böyük nümayəndə heyətləri ilə qatıldı, iki ölkənin rəsmiləri müxtəlif panellərdə müzakirələrdə iştirak etdilər, suallara cavab verdilər, jurnalistlər yenidən canlı ünsiyyətin şahidi oldular.

Azərbaycan ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra davamlı danışıqlarda maraq olmalıdır. Elə etməliyik ki, danışıqlarda böyük fasilə yaranmasın. Danışıqların davamlı hal alması Ermənistan Baş naziri Nikol Paşinyan və komandasını düzgün qərar verməyə həvəsləndirməlidir.

Danışıqlarda fəal iştirak etməyin digər faydası Qərbin Azərbaycana qarşı təzyiq alətlərini zəiflətməsidir. Məsələn, vasitəçilikdə fəallaşan Berlin tərəflərdən bərabər məsafə saxlamalıdır. Paris bu imkanı əldən verdi, Berlin bundan yararlandı. Almaniyaya isə bu imkanı Azərbaycan yaratdı”. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ