Bolqarıstanda prezident seçkilərinin qalibi bəlli oldu


Bolqarıstanda keçirilən prezident seçkilərində hazırkı prezident İliana Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçevin qalib gəldiyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, Bolqarıstan Milli Televiziyasında (BNT) yayımlanan qeyri-rəsmi nəticələrə əsasən, Yotova rəqibi üzərində böyük fərqlə üstünlük qazanıb.

“Alpha Research” ictimai rəy sorğusu şirkətinin açıqladığı qeyri-rəsmi nəticələrə görə, Yotova səslərin 57,4 faizini, Andrey Gyurov isə 39,6 faizini toplayıb.

Yotova, Valçev və Baş nazir Rumen Radev paytaxt Sofiyada yerləşən Milli Mədəniyyət Sarayında (NDK) seçicilər qarşısında çıxış ediblər.

Seçkilərin qeyri-rəsmi nəticələrinə görə öndə olan Yotova və Valçev çıxışları zamanı qələbələrini elan ediblər.

Yotova onlara dəstək verib-verməməsindən asılı olmayaraq, bütün vətəndaşlara təşəkkürünü bildirib. O, cəmiyyətdəki narahatlıqları anlamaq və vətəndaşların mövqeyini öyrənmək üçün hərtərəfli təhlil aparacaqlarını qeyd edib.

İliyana Yotova | Report.az

Aytən Yaşar/ Turkustan,az


MANŞET XƏBƏRLƏRİ