Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin təxminən beş ildir davam etdiyini və artıq davamlı olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, müharibənin başa çatması üçün hər iki tərəfin böyük fədakarlıq göstərərək razılığa gəlməli olduğunu vurğulayıb.
Fidan Türkiyənin BMT-nin baş katibi vəzifəsinə rəsmi namizəd göstərdiyi ATƏT-in Baş katibi Feridun Sinirlioğlu haqqında da fikirlərini bölüşüb.
ABŞ-ın Atlanta şəhərində keçirilən G20 Xarici İşlər Nazirlərinin Görüşündə iştirak edən Hakan Fidan toplantı çərçivəsində keçirdiyi görüşlərlə bağlı “Anadolu” Agentliyinə (AA) və TRT-yə açıqlamalar verib.
Fidan G20 görüşünün qlobal və regional böhranların həlli ilə bağlı aktual məsələlərin hərtərəfli müzakirəsi baxımından vaxtında keçirilmiş mühüm toplantı olduğunu bildirib. O, görüşdə məhsuldar fikir mübadiləsinin aparıldığını qeyd edib.
Nazir dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 Liderlər Zirvəsinə hazırlıq məqsədi daşıyan xarici işlər nazirlərinin görüşünün də əhəmiyyətini vurğulayıb.
Fidan bildirib ki, toplantı çərçivəsində “qlobal böhranlar”, “enerji böhranı” və “qlobal təchizat zəncirləri” mövzularına həsr olunan sessiyalarda iştirak edib.
Aytən Yaşar/ Turkustan.az