Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 15-də keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.
Tərəflər, həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün nəticələri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.