İrəvan dünyaya Azərbaycan üzərindən çıxır – Mühüm etiraf


Ermənistan parlamentinin sədri Ruben Rubinyan ölkəsinin Azərbaycan ərazisindən keçməklə xarici dünya ilə dəmir yolu əlaqəsi əldə etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Ruben Rubinyan bunu açıqlamasında deyib.

“Ermənistan Azərbaycan ərazisindən keçməklə xarici dünya ilə dəmir yolu əlaqəsi əldə edib. Bu, real sülhdür və biz buna sevinməliyik”, – deyə Rubinyan bildirib./Musavat.com


MANŞET XƏBƏRLƏRİ