İspaniyanın Baş naziri Pedro Sançes Seutadakı miqrant böhranı ilə bağlı keçirilən fövqəladə iclasdan yayımlanan uğursuz fotosuna görə sosial şəbəkələrdə mem obyektinə çevrilib.
Turkustan.az “El Mundo” qəzetinə istinadən xəbər verir ki, “Pedro Sançesin ayaqları haradadır?” başlıqlı məqalədə siyasətçinin komandası ilə mühüm görüş zamanı monitora diqqətlə baxdığı əks olunub.
Masanın üzərində bir neçə vərəq kağız olsa da, şüşə səthin altında Baş nazirin ayaqları nəzərə çarpmır. İnternet istifadəçilərinin bəziləri siyasətçinin uğursuz rakurs və ya mətbuat xidmətinin fotoşop müdaxiləsi səbəbindən ayaqlarının “itdiyini” bildiriblər.
İstifadəçilər baş verənlərə yumorla yanaşaraq Sançesin masanın arxasında alt paltarında olduğunu və fotonun redaktəsi zamanı onun ayaqlarının silindiyini ehtimal ediblər.
Qeyd edək ki, sözügedən paylaşım sosial şəbəkələrin İspaniya seqmentində viral olub./Qafqazinfo



