ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner yaxın 10 gün ərzində Kiyev və Moskvaya səfər edə bilərlər.
Turkustan.az xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat yayıb.
"Səfər bir həftədən 10 günə qədər olan müddətdə baş tuta bilər", – deyə agentliyin həmsöhbəti səfərlərin mümkün vaxtı ilə bağlı sualı cavablandırarkən bildirib.
İyulun sonunda Qərb KİV-ləri Uitkof və Kuşnerin yaxın vaxtlarda Kiyevə səfər edə biləcəyini xəbər vermişdi. Moskvaya mümkün səfər barədə məlumatlar isə daha əvvəl yayılmışdı./publika.az