İran ABŞ ilə danışıqları Livandakı hərbi əməliyyatlar dayandırılanadək dayandırıb


İran nümayəndə heyəti Livandakı hərbi əməliyyatlar başa çatmayana qədər ABŞ ilə danışıqların davam etdirilməyəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə İranın danışıqlar üzrə nümayəndə heyətinin üzvü Hüseyn Qurbanzadə bildirib.

Onun sözlərinə görə, Livandakı vəziyyət hazırda danışıqlarda ən çox müzakirə olunan mövzudur.

"Livan danışıqlarda ən çox müzakirə edilən mövzudur. Əgər Livandakı müharibə başa çatmasa, danışıqlar da davam etməyəcək", - deyə Hüseyn Qurbanzadə İranın Mehr agentliyinə açıqlamasında vurğulayıb./teleqraf


MANŞET XƏBƏRLƏRİ