“Aztəminatlı ailələrə hüquqi yardım” layihəsi çərçivəsində təlimlər təşkil edilib


“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aztəminatlı ailələrə hüquqi yardım” layihəsi çərçivəsində 16-18 iyun tarixlərində Saatlı şəhərində aztəminatlı ailələr üçün təlimlər təşkil edib. Birliyin sədri Mirəli Hüseynov iştirakçılara layihənin məqsədləri və hədəflədiyi əsas nəticələr barədə məlumat verərək layihə çərçivəsində iştirakçılara təklif olunan xidmətlər barədə məlumat vermişdir. O, aztəminatlı ailələrin sosial proqramlar ilə məlumatlılığın artırılması və pulsuz hüquqi yardm ilə bağlı xidmətləri iştirakçıların diqqətinə çatdıraraq bu xidmətlərdən faydalanmağa dəvət edib.

Layihə eksperti Vüqar Hüseynov “Aztəminatlı ailələrin sosial müdafiəsinin əsas xüsusiyyətləri və alətləri” mövzusunda təqdimatla çıxış etmişdirr. O, iştirakçılara ölkədə aztıminatlı ailələrin sosial müdafiəsinin güclənməsinə yönəlmiş və həyata keçirilməkdə olan sosial proqramlar haqqında məlumat vermiş və onların suallarını cavablandırıb.

İştirakçılar həmçinin hüquqi yardım xidmətinin üsul və formaları ilə də tanış edilib və bu xidmətə müraciət üçün əlaqə vasitələri ilə təmin ediliblər.


MANŞET XƏBƏRLƏRİ