ABŞ Prezidenti Donald Tramp Endryus Hərbi Hava Qüvvələri bazasında keçirilən mərasimdə yeni modernləşdirilmiş prezident təyyarəsi olan Air Force One-ı təqdim edib.
Turkustan.az xəbər verir ki, Qətərin hədiyyə etdiyi Boeing 747 təyyarəsinin təxminən 10 ay davam edən yenidənqurma və modernləşdirmə işlərindən sonra prezident təyyarəsi kimi istifadəyə verildiyi bildirilib.
Mərasimdə çıxış edən Tramp yeni təyyarə ilə həyata keçiriləcək ilk xarici səfərlər arasında Türkiyənin də yer aldığını açıqlayıb.
ABŞ lideri Air Force One-ın qabaqcıl rabitə sistemləri və müasir təhlükəsizlik avadanlıqları ilə təchiz olunduğunu vurğulayaraq, layihənin qısa müddətdə tamamlanmasına görə texniki heyətə təşəkkür edib.
Tramp yeni təyyarəni ABŞ prezidentinin istifadə etdiyi ən müasir hava nəqliyyat vasitələrindən biri kimi qiymətləndirib.



Aytən Yaşar/ Turkustan.az