İsrail İranın ABŞ ilə razılaşdırılmış 60 günlük anlaşma memorandumu çərçivəsində danışıqlardan nüvə ambisiyalarını və nüvə silahı inkişafını irəli aparmaq üçün istifadə edəcəyindən qorxur.
Turkustan.az xəbər verir ki, məlumatı "Channel 12" yüksək vəzifəli İsrail rəsmilərinə istinadən yayıb.
Mənbələrə görə, İranın Ali Lideri Müctəba Xamenei ABŞ ilə yekun nüvə sazişi bağlamaq niyyətində deyil.
İsrail Müdafiə Nazirliyinin rəsmiləri də kanala bildiriblər ki, Tehran "prosesi uzadacaq və 60 günlük danışıqlar daha uzun bir müddətə çevriləcək".
Bildirilir ki, həm ABŞ prezidenti Donald Tramp, həm də İran rəsmiləri ziddiyyətli açıqlamalar verdikləri üçün Vaşinqton və Tehran arasında anlaşma memorandumunun konkret məzmunu hələ də aydın deyil. /Musavat.com/