Xaçikyan: “Ermənistan isə tam şəkildə Azərbaycanın tabeliyinə düşəcək”


Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan Zəngəzur dəhlizi ilə bağlı şərhini özünün teleqram kanalına yerləşdirib.

Turkustan.az həmin şərhi təqdim edir:

“Misirdə bu proses necə baş verdi və Ermənistanda necə olacaq.

1. Misirdə 1858-ci ildə Süveyş Kanalı Şirkəti ( La Compagnie Universelle du Canal Maritime de Suez və ya Universal Suez Ship Canal Company ) təsis edildi. Səhmlərin 52–54%-i Fransaya, 44%-i isə Misirə, Said Paşaya məxsus idi. Nəzarət paketi Fransanın əlində idi.
Ermənistanda isə 2025-ci ildə Zəngəzur TRIPP-Korridoru şirkəti yaradıldı. Səhmlərin 74%-i amerikalılara, 26%-i isə Ermənistana məxsusdur.

2. Misirdə 1875-ci ildə İsmayıl Paşa özünə məxsus 44%-lik payı İngiltərəyə satdı və İngiltərə Süveyş kanalının ən böyük sahibi oldu. Fransanın payı isə ikinci yerdə qaldı.
Ermənistanda isə X məqamında ABŞ öz payının müəyyən hissəsini üçüncü ölkəyə sata bilər, böyük ehtimalla Azərbaycana və ya Türkiyəyə. Beləliklə, onlar Zəngəzur dəhlizinin sahiblərinə çevriləcəklər.

3. 1882-ci ildə İngiltərə Misiri müstəmləkəyə çevirdi və Süveyş kanalı boyunca öz qoşunlarını və hərbi istehkamlarını yerləşdirdi. İngilis qüvvələri Misirdə 1956-cı ilə qədər 74 il ərzində qaldı. Ermənistanda isə X məqamında Azərbaycan və Türkiyə qoşunları Zəngəzurda yerləşdirilə bilər və onlar orada daimi olaraq qalacaqlar.

4. 1956-cı ildə Misir öz suverenliyini bərpa etmək və kanalı geri almaq tələbini irəli sürdü. Bundan sonra İngiltərə, Fransa və İsrail “Muşketyor” əməliyyatına başladılar və qoşunlarını Misirə yeridərək 9 gün davam edən müharibəyə start verdilər. Yalnız ABŞ və SSRİ-nin müdaxiləsi müharibəni dayandırdı və Misiri xilas etdi.
Ermənistan isə tam şəkildə Azərbaycanın və Türkiyənin tabeliyinə düşəcək və Zəngəzur dəhlizi üzərində nəzarəti bir daha heç vaxt geri qaytara bilməyəcək. Buna ediləcək istənilən cəhd Türkiyə və Azərbaycanın hərbi cavabı ilə nəticələnəcək və bütün Ermənistanın udulmasına gətirib çıxaracaq. Nə ABŞ, nə də Avropa Ermənistana müdaxilə etməyəcək və onu müdafiə etməyəcək, çünki onların burada strateji maraqları yoxdur. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ