QHT SEKTORUNUN 2025-ci ildəki UĞURLARI- TOP 10/5


5. Qərbi Azərbaycana qayıdış, Qərbi Azərbaycan irsinin qorunması istiqamətində miqyaslı və əhəmiyyətli layihələr

2025-ci ildə QHT sektorunun tərəqqisini, əldə etdiyi nailiyyətləri əks etdirən nəticələr, layihələr haqqında məlumatları paylaşmaqda davam edirik

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycana qayıdış, Qərbi Azərbaycan irsinin qorunması, deportasiya olunmuş qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi istiqaməti üzrə 2022-ci ildə 24 layihəni maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-ə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab buraxıb, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlayıblar.

Son illər olduğu kimi, 2025-cı ildə Qərbi Azərbaycana qayıdış mövzusu prioritet istiqamət olub. Agentliyin 2025-ci il üzrə qrant müsabiqəsində "Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar" istiqaməti üzrə 51 layihə dəstək alıb. Bu istiqamət üzrə ayrılan vəsaitlər geniş diapazonu əhatə edərək, kiçikmiqyaslı yerli təşəbbüslər üçün 5 000 AZN məbləğindən başlayıb və beynəlxalq əhəmiyyətli layihələr üçün 25 000 AZN-ədək yüksəlib.

Əsas diqqət Qərbi Azərbaycanın tarixi yaddaşının həm elmi, həm də rəqəmsal müstəvidə bərpasına, beynəlxalq hüquq normaları çərçivəsində qaçqınların geri qayıtma haqqının və mülkiyyət hüquqlarının müdafiəsinə, vandalizm aktlarının hüquqi qiymətləndirilməsi, İrəvan mətbəxi, Göyçə aşıq sənəti, Zəngəzur yazarlarının irsi və bölgənin unudulmuş toponimlərinin (yer adlarının) araşdırılmasına yönəlib. Qaçqınların öz vətənlərinə repatriasiyası üzrə Avropa təcrübəsinin öyrənilməsi və deportasiya qurbanlarının, xüsusilə əlilliyi olan qadınların həyat hekayələrinin sənədləşdirilməsi kimi spesifik layihələr də əksini tapıb.

2025-ci il 6 noyabr tarixində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə təşkil edilib. İctimai müzakirələrdə QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunun müxtəlif aspektləri barəsində diskussiyalar aparıb. Bu istiqamətdə müzakirələrin yerlərdə genişləndirilməsi qərara alınıb. Bu müzakirələr ilk növbədə QHT-lərin Qərbi Azərbaycana qayıdış mövzusunda gördüyün işlərin böyük miqyasını, təsirini göstərdi. Eyni zamanda QHT-lərin təkliflərinin, baxışlarının öyrənilməsi, xüsusi diqqət ayrılmalı olan məsələlər barədə məlumat almaq, strateji planlaşdırma baxımından əhəmiyyətli oldu.

Bu istiqamət üzrə şəxsən bir neçə layihə çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək imkanım olub. Onların hər biri haqqında qısa məlumatı diqqətinizə çatdırıram. Bu layihələr QHT-lərin Qərbi Azərbaycana qayıdış mövzusunda necə fəal, miqyaslı iş apardığını əyani nümayiş etdirir.

“Azərbaycan Kartoqrafları” İB tərəfindən Qərbi Azərbaycan istiqaməti üzrə 2 kartoqrafik əsər hazırlanıb. “Zəngəzur dəhlizi” xəritəsi Azərbaycan və İngilis dillərində hazırlanıb. Bu xəritə Ermənistan mediasında da yayılıb. Milli toponimlərimiz bu əsərlərdə yer alıb və əhəmiyyətinə görə unikal nümunədir.

“İnkişafa və İslahatlara Dəstək” İB “Qərbi Azərbaycan: unudulmaz izlər” adlı layihəsi çərçivədində Qarsda, Qafqaz Universitetində “Qərbi Azərbaycan: unudulmaz izlər” adlı forum təşkil edib. Forumda Qərbi Azərbaycanda tarix yaddaşının qorunmasının vacibliyi mövzusunda çıxışlar edilib, məruzələr dinlənilib. Tədbirdə Azərbaycan milli musiqilərindən ibarət konsert proqramı baş tutub, İrəvan şəhərinin dağıdılmış tarixi abidələrinin fotoları sərgilənib. İştirakçılara Qərbi Azərbaycan mətbəxinin incilərindən olan İrəvan kətəsi və digər şirniyyatlar təqdim olunub.

“İslahatçı Qadınlar və İnnovasiyalar” İB “Qərbi Azərbaycanlıların hüquqularının beynəlxalq platformalarda müdafiəsi” layihəsi çərçivəsində 2025-ci il oktyabrın 7-də Brüssel şəhərində “Evə qayıdış və regional sülh” adlı beynəlxalq konfrans keçirib.

Konfransda Brüsseldə fəaliyyət göstərən beyin mərkəzlərinin, beynəlxalq təşkilatların nümayəndələri, QHT-lər, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə Azərbaycanı təmsil edən ekspertlər qaçqın düşmüş azərbaycanlıların sayı, onların yerləşmələri, Ermənistanda hansı ərazilərdə yaşadıqları, qayıdışın hüquqi tərəfləri, Qayıdış Konsepsiyasının reallaşması məsələləri barədə danışıb, xəritə üzərindən izah ediblər.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İB “Qərbi Azərbaycan İrsi” layihəsi çərçivəsində uzun illər ərzində sistemli şəkildə dağıdılan Qərbi Azərbaycan ərazisindəki tarixi abidələr, məscidlər, körpülər, qalalar, karvansaralar, qəbiristanlıqlar və digər memarlıq nümunələri haqqında məlumatalrın topalanaraq vahid elektron bazaya- www.qerbiazerbaycanirsi.az, (www.westernazheritage.com) platformasına daxil edilib. Bu Qərbi Azərbaycanın maddi-mədəni irsini əks etdirən interaktiv elektron bazadır.

“Müvəkkil Hüquq Mərkəzi” İB “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsini icra edib. Layihənin əsas məqsədi Qərbi Azərbaycandan məcburi köçürülərək Salyan rayonunda məskunlaşmış icmaların tarixi və mədəni irsinin araşdırılması, qorunması və ictimaiyyətə tanıdılmasıdır. Layihə çərçivəsində “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitab hazırlanıb. Kitab “Prezident kitabxanasının” saytında elektron formatda yerləşdirilib. Eyni zamanda Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri, maddi və qeyri-maddi mədəni irsi, toponimlərin dəyişdirilməsi, dini və tarixi abidələrin dağıdılmasını əks etdirən 5 televiziya verilişi çəkilib.

“Əlil Qadınlar Cəmiyyəti” İB tərəfindən “Əlilliyi Olan Qaçqın Qadınların Həyat Hekayələri” layihəsi çərçivəsində videoçarx hazırlanıb. Videoçarx, zorla köçürülmüş, fiziki məhdudiyyətləri olan qadınların insan hüquqları pozuntuları, təcrübələri və şahidliklərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıyır. Bu 5 dəqiqəlik sənədli film onların real hekayələrini, tarixi faktları və hüquqi konteksti birləşdirib. Bu video çarx layihə çərçivəsində müxtəlif ölkədə və ölkə xaricində tədbirlərdə nümayiş etdirilib.

şunu diyen bir yazı 'O SEKTORUNUN 2025 2025-Ci ci İLDAKİ UĞURLARI -TOP 10/5 VYAZI: QaRBi AZARBAYCANA QAYIDIŞ, QERBi AZARBAYCAN İRSİNİN QORUNMASI İSTIQAMaTİNDA MİQYASLI ν LAYİHaLAR Zaur Irahimo yauır QHT.AZ' görseli olabilir

yazı görseli olabilir

bir veya daha fazla kişi, ders çalışan insanlar ve yazı görseli olabilir

bir veya daha fazla kişi, kürsü ve yazı görseli olabilir

yazı görseli olabilir

bir veya daha fazla kişi ve şunu diyen bir yazı 'AZORBAYCANRESPUBLİKASNIN RESPUBLIKASININ ε-H0KM- TOŞKILAT DOVLOTD@STOVIAGENTUV DOVLOTDOSTOY AGENTLIYI SOSIAL TEDQiQATLAR MaRKaZi Craled Women Sh "OLILLIYI OLAN QAÇQIN QADINLARIN Cha Cadıniar" conlya 01 noyabr 2025-ci il, saat 10:30-13:00 HEKAYLORI" Sosial Todqiqatlar Morkazi www.dwsa.az 2025 İsmayıl bay Qutqaşınlı küçasi 18' görseli olabilir

kürsü görseli olabilir


MANŞET XƏBƏRLƏRİ