Zöhran Mamdani Nyu-Yorkun ilk seçilmiş müsəlman meri kimi səlahiyyətlərinə yeni ilin ilk günündə keçiriləcək andiçmə mərasimi ilə başlayacaq.
Turkustan.az xəbər verir ki, Mamdaninin andiçmə mərasimi ilə bağlı təfərrüatlar ABŞ mətbuatına sızdırılıb.
Buna uyğun olaraq, Mamdani yeni ilin ilk saatlarında yalnız ailə üzvlərinin və yaxınlarının qatılacağı xüsusi mərasimdə Nyu-York şəhərinin meri kimi and içəcək.
Mərasim 1904-cü ildən bəri fəaliyyət göstərən və hazırda istifadəsiz olan Nyu-Yorkun 28 orijinal metro stansiyasından biri olan Old City Hall Stansiyasında keçiriləcək.
Gecə yarısı keçiriləcək qapalı mərasimdə Nyu-Yorkun baş prokuroru Letitia James Mamdaninin andiçmə mərasimini keçirəcək. Vermontdan müstəqil senator Bernie Sandersin də mərasimdə iştirak etməsi gözlənilir.
Aytən Yaşar/ Turkustan.az