Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə ilə Azərbaycan arasında avtomobil yükdaşımaları üçün tranzit marşrutunu dərhal açmağa hazır olduğunu bildirib.
Turkustan.az-ın məlumatına görə, Paşinyan açıqlamasında vurğulayıb ki, bu marşrut texniki baxımdan artıq istifadəyə hazırdır:
“Ermənistan bu gün Türkiyədən Marqara və Kornidzor vasitəsilə Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzitini təmin edə bilər. Biz bunu təklif edirik, çünki bu, artıq hazır vəziyyətdədir”, – deyə o bildirib.
Baş nazir, həmçinin TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində Ermənistan və ABŞ-ın birgə şirkət yaradacağını qeyd edib.
Onun sözlərinə görə, strateji məsələlərlə bağlı qərarvermədə həlledici söz Ermənistan tərəfində olacaq./modern.az