Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi təyyarəsi ilə bağlı bir çox məlumatlar yazılır. Hazırda məlum olur ki, bunların bir çoxu şayiədən başqa bir şey deyil.
Lent.az-ın əməkdaşının hazırladığı bu materialda bəzi həqiqətlərə aydınlıq gətirilib.
Təyyarənin “qara qutuları” Türkiyəyə gətirildikdən sonra bu məsələnin ətrafında söz-söhbət daha da artdı. Türkiyənin xüsusi qurumları qutu ilə bağlı araşdırma başlayıb. Qara qutuların incələnməsi və qəza komissiyasının təqdim edəcəyi hesabat bəlli ki, zaman alacaq.
Cavabsız qalan suallar
Bu arada Türkiyənin Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğraması ilə bağlı iddialara cavab verib. Əsas məqamlar belədir:
1. Təyyarədə silah-sursat var idimi?
- Təyyarədə yalnız şəxsi heyət və texniki avadanlıq daşınırdı. Silah-sursat mövcud deyildi.
2. Qəzanın səbəbi ilə bağlı bir tapıntı varmı?
- Hazırda bu barədə danışmaq üçün tezdir. Qəza-təhlil qrupunun araşdırmaları tamamlandıqdan sonra hadisənin dəqiq səbəbi müəyyən ediləcək.
3. Radar qeydlərində eyni dəqiqələrdə bölgədə bir helikopterin olması doğrudurmu?
- Təyyarə qəzaya uğradıqdan sonra bölgəyə gedən və əlaqə qurmağa çalışan Gürcüstana məxsus helikopter olub.
4. Təyyarə Səudiyyə Ərəbistanı tərəfindən xidmətdən çıxarılandan sonra alınmışdı?
- Təyyarə 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb, texniki baxışlardan keçdikdən sonra 2014-cü ildə inventara daxil edilib. 2022-ci ildə modernləşdirilərək istifadəyə verilib. O vaxtdan bəri mütəmadi baxımlarla xidmət göstərib. İddia edildiyi kimi xidmətdən çıxarılan deyil, sadəcə ehtiyac artığı olan bir təyyarədir.
5. Qəzaya uğrayan təyyarə köhnə və baxımsız idimi?
- Köhnə təyyarə yoxdur, baxımsız təyyarə var. Sözügedən təyyarələrin texniki baxımları ölkəmizdə mütəmadi şəkildə həyata keçirilir. C-130 tipli təyyarələr hal-hazırda 70-dən çox ölkədə aktiv şəkildə istifadə olunur.
6. Digər C-130 təyyarələrinin uçuşları davam edəcəkmi?
- Təhlükəsizlik məqsədilə 12 noyabr 2025 tarixindən etibarən uçuşlar müvəqqəti dayandırılıb. Ətraflı texniki yoxlamalardan sonra təmiz çıxan təyyarələrin uçuşları yenidən başlayacaq.
Təyyarə düşdü, yoxsa vuruldu?
Hadisənin ilk anından etibarən cəmiyyətdə “təyyarə özü düşdü, yoxsa vuruldu?” sualı dolaşır. İndiyə qədər aparılan araşdırmalarda təyyarənin xarici müdaxilə ilə vurulduğuna dair heç bir dəlil tapılmayıb. Əgər belə bir tapıntı olsaydı, bunu açıq şəkildə bildirərdik və hansı ölkənin buna səbəb olduğu soruşulardı. Hazırkı məlumatlar qəzanın texniki səbəblərdən baş verdiyini göstərir. Dəqiq nəticə qəza-təhlil komissiyasının hesabatı ilə məlum olacaq. Əgər araşdırma zamanı ən kiçik şübhə yaranarsa, onun üzərinə qəti şəkildə gediləcək. Sosial mediada yayılan, qaranlıq ssenarilər yazan və xarici kəşfiyyatların təbliğatına xidmət edən söz-söhbətlərə inanmayın.