1989-cu il, 12 dekabr tarixində Qazax rayonunun Bala çaylı kəndində doğulur...
1996 / 2007-ci illərdə Bala çaylı kənd məktəbində orta təhsil alır...
2007 / 2009-cu illərdə DİN DQ-nin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçir...
2009-cu ilin iyul ayında hərbi xidməti başa vurur...
Həmin il MAHHXHQ kimi DİN-in Daxili Qoşunlarında xidmətə başlayır...
2010 /2012-ci illərdə DİN-in Daxili Qoşunlar orta ixtisas hərbi məktəbində təhsil alır...
2012-ci ildən DİN-in Daxili Qoşunlarının "N" saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində xidmətə başlayır...
2014-cü ildə Terkiyə Respublikasının Sparta şəhərində "Dağ komando" məktəbində kurs keçir...
2016-cı ildə Türkiyə Respublikasının Ankara şəhərində "Jandarma və Sahil Güvənlik Akademiyadında" kurs keçir...
Vətən müharibəsinə kapitan rütbəsi ilə qatılır...
Vətən müharibəsində Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin kapitanı kimi iştirak edən, Murovdağ istiqamətində, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə ön dəstədə döyüşərək xüsusi mərdlik və şücaət göstərən, düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Nicat Bədəlov!
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları, "Vətən Müharibəsi Qəhrəmanı" medalı və "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilib.
Qəhrəmanımızın atası Mehman Bədəlov da birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan baş leytenantdır: "Müharibə onun gözünün qarşısında gedirdi. O görürdü bütün döyüş səhnələrini. Bu üzdən də meylini hərbi sahəyə yönəltdi. Müharibə vaxtı qürur hisdi keçirirdik ki, övladımız vətən torpağını azad edir. " deyir veteran ata.
Anası Gülnar Bədəlova deyir ki, "Atasının hərbçi olması Nicatın hərbi sahəni seçməyinə böyük təsiri oldu. Atası evə gələn kimi əyninə böyül olsa da, onun papağını, paltarını geyinər, əsgər kimi addımlayar, mən də əsgər olacam deyərdi. Nicat ibtidai sinifdə oxuyanda məktəbdə Xocalı soyqırımıza sid tədbir keçirilmişdi. O tədbirdən gələndən sonra özünə yer tapa bilmirdi. Tədbirdəki çıxışlar ona çox təsir etmişdi. Mən onda əmin oldum ki, Nicat vətənini, xalqını sevən biri olacaq. ".
"Mənim uşaqlıqdan hərbi sahəyə marağım olub. Ömrümün yarısını hərbi xidmətdə keçirtmişəm. Hərbi xidmət zamanı da bütün təlim və məşqələlərdə iştirak etgmişəm. Təlim və məşğələlər bizdə gecə və gündüz şəraitlərində həftənin beş günü keçirilirdi. Hərbidə olduğum müddətdə istəyim, arzum torpaqları azad etmək, şəhidlərimizin qisasını almaq olub. Nəhayət, Vətən müharibəsinin başlanması ilə mən öz arzuma çata bildim. Şəhidlərimizin intiqamını aldım. Döyüş yolu çətin və məsuliyyətli idi. Çünki, biz torpaqlarımızı işğaldan azad etməli idik. Döyüşdə heç birimizin gözündə qorxu yox idi. Heç bir çətinlik bizi çəkindirmirdi. Bizim üçün ən çətin anlar çiyin-çiyinə döyüşdüyümüz yoldaşlarımızın şəhid olması idi. Şükür ki, onların qanı yerdə qalmadı. Vətən müharibəsi adını almağımı Laçın meşələrində eşitdim. Və bu, doğrudan da gözlənilməz oldu. Biz qalib idik. İllərlə həsrətində olduğumuz arzumuza çatgmışıq. Biz qəhrəmanıqsa, bu, dövlətimiz və millətimiz sayəsindədir. Vətən müharibəsində şəhid olmuş bütün hərbçilərimiz hamısı qəhrəmandır. Onların göstərdiyi şücaətlər sayəsində biz, millətimiz, dövlətimiz, bu gün ayaq üstədir. " deyir Nicat Bədəlov. "
Döyüş yoldaşları qəhrəmanımız haqqında elə səmimi, erəkdən danışırlar ki, onların döyüş zamanı yaşadıqları istər-istəməz insanın gözləri önündə canlanır: "Müharibədə aclıq, susuzluq, ağır yüklərlə irəliləmək o qədər də asan deyil. Yorulsaq da, ruhdan düşmür, qətiyyətlə döyüşür, irəliyə can atırdıq. Çünki biz komandirdən da bunu görürdük. Özü daim irəlidə gedirdi. Onun mərdliyi, qorxmazlığı bizə də ruh verirdi. O irəliyə can atırdı. Yaralı və şəhidi qoymurdu qalsın, döyüş mövqeyindən çıxardırdı. O, müharibənin ilk günündən son günüədək eyni qətiyyətlə, eyni cəsarətlə döyüşürdü. Bizi, şəxsi heyəti ruhlandırırdı. Ən ağır məqamlarda belə bizi qalib gələcəyimizə inandırırdı.
Atasının zabit, anasının müəllimə olması Nicat Bədəlovun döyüşçü kimi yetişməyində böyük rol oynayır. Bəlkə də onlar bilmirdilər ki, onlar ailədə verdikləri tərbiyə, apardıqları təbliğat ilə bir qəhrəmanı yetişdirirlər. Vətən üçün bir qəhrəman hazırlayırlar. Qəhrəmanımızın özünün dediyi kimi: "Bir hərbçinin, bir komandirin ruhu sağlam olmalıdır. O ruhu da sağlam yetişdirmək üçün ailənin dəstəyi vacibdir. Bu da məndə yetərincə idi"...
Bizə isə həm valideynlərinə, həm də sənə təşəkkür etmək, bundan sonrakı xidmətdə də uğurlar arzulamaq düşər vətənin qəhrəman oğlu!
Sevinc Bəhmənli