QHT sədri Dubayda beynəlxalq investorlarla əməkdaşlıq imkanlarını müzakirə etdi - FOTOLAR


Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin ictra etdiyi “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində sentyabr ayının 1-i 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “QİTMEER SMART MANAGEMENT CONSULTANCİES” təşkilatının rəhbəri prof. Abdussalam İmail Onagun ilə görüş keçirilmişdir.

QHT.az xəbər verir ki, görüşdə İRÖİB-in sədri i.f.d. Ruslan Atakişiyev ona layihənin məqsədi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların investisiya potensialı barəsində geniş məlumat verdi. O, bölgənin kənd təsərrüfatı, turizm, emal və tikinti materialları sənayesi üzrə böyük potensialının olmasına diqqət çəkərək sərmayəçilər üçün yaradılmış investisiya mühiti – vergi, gömrük, sənaye parkları - barəsində də danışdı.

Prof. Abdussalam öz növbəsində ətraflarında olan iş adamlarına bu barədə məlumat verəcəyini və maraqlı tərəflərlə əlaqələrin qurulması, onların bölgəyə səfərinin təşkili istiqamətində dəstək verəcəyini bildirdi.

Sonda xatirə şəkli çəkildi.


MANŞET XƏBƏRLƏRİ