Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Çinə rəsmi səfər edən Rusiya prezidenti Vladimir Putin gündəmlə bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Putin Moskvanın heç vaxt Ukraynanın Avropa Birliyinə üzvlüyünə qarşı çıxmadığını, Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini deyib.
Slovakiyanın baş naziri Robert Fiko ilə görüşən Putin: "Qərb ölkələri və NATO-ya üzv ölkələr postsovet dövründə olan bölgəni ələ keçirməyə çalışırlar. Rusiyanın öz maraqlarını qorumaqdan başqa məqsədi yoxdur" deyib.
Putin Rusiyanın başqa ölkəyə hücum edəcəyi ilə bağlı iddiaları təkzib edərək, “Rusiyanın Avropaya hücum etmək istəməsi ya təxribatdır, ya da bacarıqsızlıqdır” deyib.
Aytən Yaşar/ Turkustan.az