Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – VİDEO


Azərbaycan hərbçiləri Pakistanın paytaxtı İslamabadda ilk dəfə keçirilən “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak ediblər.

Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hərbçilərimizin paradda keçidi maraqlı anlarla yadda qalıb.

Belə ki, keçid zamanı tədbirin şərhçiləri komandolarımızı “Pakistana xoş gəlmisiniz” və “Yaşasın Pakistan–Azərbaycan birliyi və qardaşlığı” şüarları ilə salamlayıb.

Hərbçilərimizin ana dilimizdə qarşılanması anının görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Həmin görüntüləri təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ