Paşinyandan Zəngəzur dəhlizi açıqlaması – İran və Rusiyaya mesaj


“Vaşinqtion sazişi və Birgə Bəyannamənin İran və Rusiya üçün çox ciddi faydaları var”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

O bildirib ki, bu saziş həyata keçirildikdə İran dəmir yolu ilə Fars körfəzindən Qara dənizə çıxış əldə edəcək:

Rusiya və İran iki ölkə arasında dəmir yolu əlaqəsi yarada biləcək. Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu xətti yoxdur. Layihə təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə üçün deyil, həm də Rusiya və İran üçün misilsiz iqtisadi imkanlar yaradacaq. Bu, beynəlxalq sabitlik və təhlükəsizliyə də töhfə verəcək”./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ