Almaniyanın dəvəti ilə qatıldığı Ukrayna ilə bağlı onlayn görüşdən sonra NATO-nun baş katibi Mark Rutte müharibəni bitirmək üçün birlik mesajı verərək, sülh üçün addım atmaq növbəsinin Rusiyada olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Rutte ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski, Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Avropa liderləri ilə Ukrayna mövzusunda onlayn görüşdən sonra Amerikanın X şirkətinin sosial media platformasında açıqlama verib.
Avqustun 15-də keçiriləcək sammitdən əvvəl Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşdüyünü açıqlayan Rutte: "Biz bu dəhşətli müharibəni bitirmək, ədalətli və davamlı sülhü təmin etmək üçün birləşmişik" dedi.
Rutte Trampın liderliyinə və müttəfiqləri ilə sıx koordinasiyaya görə minnətdarlığını ifadə edərək, “Top Putinin meydançasındadır” deyib.
Liderlər onlayn görüşdə Almaniyanın dəvəti ilə Ukrayna və Avropanın təhlükəsizlik maraqlarının qorunması və Rusiya ilə diplomatik həll yolu tapacağı təqdirdə çəkindirmənin təmin edilməsini müzakirə ediblər.
Aytən Yaşar/ Turkustan.az