Zəngəzur dəhlizi yalnız logistika üçün istifadə ediləcək? - AÇIQLAMA


Torpaqlarımız işğaldan azad ediləndən sonra rəsmi Bakının gündəmə gətirdiyi əsas məsələlərdən biri Azərbaycanın qərb əraziləri ilə Naxçıvanı quru yolla birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıydı. Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən tarixi zirvə toplantısında sülh sazişinin mətni paraflandı və tərəflər Zəngəzur dəhlizinin açılmasına qol çəkdilər. Zəngəzur dəhlizinin Ermənistana düşən 42 kilometrlik hissəsi 99 illiyinə ABŞ-nin nəzarətində olacaq.

Maraqlıdır ki, dəhlizdən sadəcə logistik məqsədlər üçün istifadə ediləcək, yoxsa vətəndaşlar da bu yolla gedə biləcəklər?

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın illər boyu apardığı siyasətin ən vacib məsələlərindən biri vətəndaşlarımızın öz əzəli torpağımız olan Naxçıvana heç bir problemsiz hərəkətinin təşkili olub:

“Bu da layihələrdə, məsələlərin içərisində artıq öz həllini tapıb. Ən əsas məqam ondan ibarətdir ki, Azərbaycan vətəndaşı sərbəst öz hərəkətini təşkil edə bilsin. Konkret detallara gəldikdə isə onların müzakirəsi, həll olunub həyata keçirilməsi xüsusi komissyaların, mütəxəssislərin işidir. Məsələnin bizi maraqlandıran hissəsi siyasi tərəfiydi. Zəngəzur dəhlizinin fəlsəfəsi, ruhu ondan ibarətdir ki, Azərbaycan birləşdi, digər yandan vətəndaşlarımız öz torpaqlarına maneəsiz hərəkət imkanı əldə etdi”.


MANŞET XƏBƏRLƏRİ