Tusk: “Avropa Trampı Rusiyaya güvənməməyə inandırmalıdır”


Almaniyanın ev sahibliyi ilə keçirilən Ukrayna ilə bağlı onlayn liderlər görüşündən sonra mətbuata açıqlama verən Polşanın Baş naziri Donald Tusk bildirib ki, əsas məqsəd Avropanın ABŞ-ın keçmiş prezidenti və namizədi Donald Trampı Rusiyaya güvənməməyə inandırmasıdır.

Turkustan.az xəbər verir ki, Tusk deyib ki, görüşdə əsas müzakirə mövzusu Trampın Rusiya prezidenti Vladimir Putinlə 15 avqustda Alyaskada keçirilməsi planlaşdırılan görüşünün gedişatına necə təsir edə biləcəkləri olub.

“Trampın Putinlə görüşünün münaqişəni həll etməsi çətin görünür. Amma bu görüş atəşkəslə bağlı daha sürətli qərarlar üçün ilkin addım ola bilər”, – deyə, Tusk qeyd edib.

O, Polşanın Ukrayna ilə bağlı aparılan danışıqlarda istiqamət verici rol oynadığını vurğulayıb:
“Əsas məsələ odur ki, heç kim Rusiyanın qonşularının sərhədlərini müəyyən etmək hüququna malik olduğunu düşünməməlidir”.

Nazir həmçinin Rusiyanın NATO ölkələrinin təhlükəsizliyini danışıqlara daxil etmək və müttəfiq qüvvələrin, o cümlədən Polşadakı hərbi varlığın azaldılması cəhdlərinə qarşı xəbərdarlıq edib.

Baş nazir əlavə edib ki, Rusiyanı Ukraynada ədalətli sülhə məcbur etmək lazımdır və heç kim Ukraynanın faktiki təslim olması anlamına gələcək şərtləri qəbul etməməlidir.

Qeyd edək ki, Tramp və Putin arasında Alyaskada keçiriləcək görüş öncəsi təşkil edilən onlayn toplantıya NATO-nun yeni baş katibi Mark Rutte, Ukrayna prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Şurasının prezidenti Antonio Kosta və digər Avropa liderləri qatılıblar.

Görüşdə Ukraynanın və Avropanın təhlükəsizlik maraqlarının qorunması, eyni zamanda Rusiya ilə diplomatik həll yollarının mümkünlüyü müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ