İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani 2024-cü ildə İsrailin hücumu nəticəsində həlak olan Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın məzarını ziyarət edərkən Hizbullaha “müqaviməti davam etdirmə” mesajı verib.
Turkustan.az xəbər verir ki, rəsmi səfər üçün Livanda olan Laricani Beyrutun Dahiya rayonunda Nəsrullahın məzarını ziyarət edərək əklil qoyub.
Laricani məzar önünə qurulan kürsüdə çıxış edərək: "Şəhid Nəsrullahın yolunu davam etdirmək istəyirsinizsə, sizin vəzifəniz müqavimətdə səbirli olmaq və qətiyyətlə davam etməkdir" deyib.
O, həmçinin "Hizbullah"a dəstəyini ifadə edərək: "Hər zaman sizinlə olacağıq. Biz ölkələrin daxili işlərinə qarışmırıq, lakin dünyada müqavimət hərəkatlarını dəstəklədiyimizi vurğulayırıq"-deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az