Leyen: Bu gün Avropa, ABŞ və NATO ortaq mövqeləri möhkəmləndirdi


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə görüşün yaxşı keçdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Von der Leyen Amerikanın X şirkətinin sosial media platformasındakı paylaşımında Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və digər Avropa liderləri ilə yaxşı görüş keçirdiyini bildirib.

Tramp və Rusiya prezidenti Vladimir Putinin avqustun 15-də ABŞ-ın Alyaska əyalətində keçirilməsi planlaşdırılan görüşünü müzakirə etdiklərini qeyd edən von der Leyen: “Bu gün Avropa, ABŞ və NATO Ukrayna üçün ortaq nöqtələri gücləndirdi” deyib.Von der Leyen yaxın əməkdaşlıqlarını davam etdirəcəklərini ifadə edərək, "Heç kim sülhü, ədalətli və davamlı sülhü bizdən çox istəməz" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ