NATO sülh müqaviləsinin paraflanmasını alqışlayır


Şimali Atlantika Alyansı (NATO) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır.

Turkustan.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart sosial şəbəkələrdə yazıb.
“Biz Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi alqışlayırıq və sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirik”, - o bildirib.

Hartın sözlərinə görə, bu, münasibətlərin normallaşması prosesində irəliyə doğru atılmış mühüm addımdır, eyni zamanda ümumilikdə regional təhlükəsizlik üçün böyük töhfədir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ