"Əgər atılan raket və ya bombalardan hər hansı biri nüvə obyektinə düşsə, uran ətrafa dağılsa, həmin ərazi üçün çox böyük bir təhlükə yaranacaq".
Bunu "Yeni Sabah"a xəbər verir ki, bunu AMEA-nın Radiasiya Problemləri İnstitutunun elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov bildirib.
Onun sözlərinə görə, İran uranın yüksək zənginləşdirilməsi prosesində xeyli irəliləyib:
"Hətta bu prosesin son mərhələsinə qədəm qoyub. Buna görə də səbəbdən də İranın üzərinə belə gedirlər. Əgər atılan raket və ya bombalardan hər hansı biri nüvə obyektinə düşsə, uran ətrafa dağılsa, həmin ərazi üçün çox böyük bir təhlükə yaranacaq.
Uranın yarımparçalanma dövrü milyard illə ölçülür və ətrafa yayılması küləyin sürətindən asılı olaraq böyük ölçüdə dəyişir. Əgər İranada nüvə ilə bağlı hər hansı xoşagəlməz bir hadisə yaşansa, radiasiyanın Azərbaycana yayılması bizim torpaqlara çata bilər. Bunun mühafizəsi üçün hansı tədbirlərin görülməsi sual işarəsi altındadır.
Keçmişdə insanların yerləşdirilib qorunması üçün müəyyən sığınacaqlar var idi. İndiki sığınacaqlar artıq yoxdur. Bu tip qorunma sığınacaqlarının yenidən qurulması üçün isə olduqca ciddi vəsait tələb olunur. Amma istənilən halda radioaktiv bir problem yaşanacağını düşünmürəm.
Əgər nüvə reaktoruna zərbə endirilsə, küləyin istiqamətindən asılı olaraq, hər hansı bir ölkəyə çox sürətlə yayıla bilər. Çernobıl hadisəsində baş verən partlayışdan sonra küləyin istiqamətinə görə radioaktiv maddə hava yolu ilə əvvəlcə Belarusa, daha sonra Almaniyaya, ta İsveçrəyə qədər gedib çıxmışdı.
Uran-235-in parçalanma dövrü həcmindən asılı olaraq olduqca uzun çəkir. Bir daha ümid edək ki, İranla bağlı belə bir hadisə yaşanmayacaq, çünki əks halda həm qəzanın baş verdiyi ölkə, həm də qonşu ölkələr üçün ciddi fəsadlar törədəcək".