İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, mediada yaradılan müharibə ssenarilərinin əksinə olaraq, proses danışıqların formalaşmasına doğru irəliləyir.
Turkustan.az xəbər verir ki, Laricani Amerika şirkətinin X sosial media hesabında paylaşım edərək bildirib ki, "Mediada süni şəkildə yaradılmış müharibə qavrayışının əksinə olaraq, danışıqlar üçün bir strukturun yaradılması prosesi irəliləyir".
İran nüvə məsələləri ilə bağlı ABŞ ilə danışıqlara hazır olduğunu, lakin təhdid altında danışıqlara başlamayacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az