Rusiya Liberal Demokrat Partiyasından (LDPR) olan Dövlət Dumasının deputatları hökumətə miqrantlar üçün "qocalığa görə sosial ödənişlər"in ləğvini təklif edən qanun layihəsi göndərib.
Turkustan.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Qanun layihəsində müvafiq əlavə ödənişlər nəzərə alınmaqla xarici vətəndaşlar üçün yaşa görə sosial pensiyanın ləğv edilməsi təklif edilir”, - deyə izahatda qeyd olunub.
Qanun layihəsində qeyd edilir ki, mövcud qanunvericiliyə əsasən, ölkədə 15 ildən artıq yaşayan və tələb olunan yaşa çatmış əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də Rusiya ərazisində ödəniş hüququna malikdirlər. Rusiya qanunvericiliyi federal və regional pensiya əlavələrini də nəzərdə tutur.
Layihə müəlliflərinin fikrincə, tədbir pensiya sistemini əsassız öhdəliklərdən qorumaq, habelə büdcə yükünü azaltmaq və “Pensiya dövlətin həyatında iştirakın nəticəsidir, formal mövcudluğun deyil” prinsipinə inamı bərpa etmək məqsədi daşıyır. /publika.az/