Çilənay Hüseynova: "Xarıbülbül" festivalı musiqimizin təbliğinə xidmət edir"


Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada başlayan "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında "Sələflər və xələflər" adlı konsert proqramı ilə davam edib.

Azərbaycanın dilbər guşəsi Laçında davam edən festival Həkəri çayı ətrafında iştirakçıları və qonaqları bir araya gətirib. Laçın şəhərinin ən mənzərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi irsimizdən, ənənələrin valideyndən övlada keçməsindən, gənc nəslin milli dəyərlərə sevgi və sədaqətindən qaynaqlanan "Sələflər və xələflər" layihəsi təqdim olunub. Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim olunub. Layihə milli musiqimizin, mədəniyyətimizin, ənənələrimizin yaşadılması üzərində qurulub.

Konsert proqramı zənginliyi ilə yanaşı, həmçinin ifaçıların repertuarı və fərqli təqdimatları ilə maraq doğurub.

"Sələflər və xələflər"layihəsində Əməkdar artist Nuriyyə Hüseynova və onun qızı - ifaçı bəstəkar Çilənay Hüseynova çıxış edib.

Şuşa və Laçın səfəri ilə bağlı Turkustan.az-a təəssüratlarını bölüşən Çilənay Hüseynova azad Qarabağa ilk dəfə səfər etdiyini bildirib: "O torpaqlara ayaq basanda, Şuşada Cıdır düzündə olarkən ilk növbədə həyatını Vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərimizi, qazilərimizi, qəhrəman döyüşçülərimizi xatırladıq: "Bu gün azad Qarabağ öz ahənginə qayıdır. Şuşada və Laçın iştirak etdiyimiz "Xarıbülbül" festivalı Azərbaycan musiqisinin dünyaya təbliğində, eyni zamanda, xarici ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sənət adamları arasında əlaqələrin yaradılması baxımından olduqca əhəmiyyətlidir. Biz hər zaman bu kimi tədbirlərdə yaxındaş iştirak etməkdən qürur duyuruq".

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Könül/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ