Qənirə Paşayeva “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin rəhbərliyi ilə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva növbəti vətəndaş qəbulu günündə “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin (AQDİM) rəhbərliyi ilə görüşüb. Milli Məclisdə baş tutan görüşdə “AQDİM-in fəaliyyəti, uğurları və planları barədə fikir mübadiləsi aparılıb, bu sahə üzrə maarifləndirmənin, qan donorluğu mədəniyyətinin daha da yayğınlaşdırılmasının önəminə vurğu edilib.

Mərkəz rəhbərliyi irsi qan xəstəliyindən əziyyət çəkən insanlara və ümumilikdə qan donorluğunun inkişafına davamlı diqqət-qayğısına görə MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya Mərkəzin İdarə heyətinin Fəxri Üzvü sənədini təqdim edib.

Komitə sədri diqqət üçün AQDİM rəhbərliyinə təşəkkür edib, nəcib çalışmalarında yeni uğurlar arzulayıb.

Görüşdə “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” İdarə heyətinin sədri Fuad Rəsul, AQDİM-in icraçı direktoru Kamil Hüseynov, AQDİM sədrinin müşaviri Orxan Hüseyn və Mərkəz sədrinin köməkçisi Nəzrin Babayeva iştirak edib.

#SaglamolaqDonorolaq


MANŞET XƏBƏRLƏRİ