Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
Bu mövzu sovet tarix elmində təhrif olunmuş formada öyrədilmişdir. Sovet tarixçiləri 1938-ci ildə Mustafa Kamal Atatürkün vəfatından sonra Türkiyənin xarici siyasətinin “sağa” meylli olduğunu, sovet-türk münasibətlərinin getdikcə zəiflədiyini və müharibə illərində Türkiyənin guya antisovet xarici siyasət yeritdiyini sübut etməyə çalışmışdılar.
Əslində isə bu qanlı, dəhşətli savaşda Türkiyə rəhbərliyinin İsmet İnönünün ağıllı, uzaqgörən və realist siyasəti nəticəsində ölkə və xalq bu qorxulu bəladan qurtula bildi.Bu baxımdan Mustafa Kamal Atatürkün ölümündən sonra ölkəyə başçılıq edən və onun məsləkdaşı,silahdaşı sayılan İsmet İnönünün rolunu xüsusilə qeyd etməliyik. Müharibədə iştirak edən böyük dövlətlər hər vasitə ilə Türkiyənin bu savaşa cəlb etmək istəyirdilər. Hər iki hərbi bloka daxil olan ölkələr bu məqsədlə müxtəlif siyasi oyunlardan istifadə edirdilər. II Dünya Savaşı öncəsində Çexoslovakiya və Albaniyanın işğallarından əndişələnən Türk hökuməti, 1939-cu ildə İngiltərə və Fransa ilə ortak bir bildiri yayımladı.19 oktyabr 1939-cu ildə Ankarada bu iki dövlət ilə Türkiyə arasında ittifaq quruldu.Buna görə Akdenizdə bir savaş olması halında üç dövlət yardımlaşacaqdı. Maddələr arasında əsgəri və maddi yardımdan da bəhsediməkdəydi.Ancaq savaş zamanı Türkiyə, Sovet Rusiya ünsürünü gərəkcə göstərərək savaşa fiilən qatılmadı. 25 mart 1941 tarixində Türkiyə ilə SSRİ arasında bir-birinə hücum etməmək halını duyuran bildiri yayımlandı. Eyni il Hitler Almaniyası ilə SSRİ arasında bir-birlərinə hücum etməmək paktı geçərliykən Almaniyanın Balkan səfəri başladı. İşğal ehtimalı üzərindən Türkiyəni basqı altında saxlayan Müttəfiqlərə rəğmən Türkiyə savaşa qatılmadı və Almaniyanın böyük elçisi Frans von Papenin fəaliyyəti ilə diplomatik əlaqələr genişləndirildi. 18 iyun 1941-ci ildə Türk-Alman dostluq Paktı imzalandı.Bu müqaviləni imzalayan dövlətlər bir-birləri ilə savaşmayacaqlarını rəsmən elan edirdilər.
Bu müqavilədən sonra Almaniyaya Türkiyədən 90.000 ton xrom maddəsinin satımı başladı.Bunun qarşılığında Türkiyənin silah və digər ehtiyacları almanlar tərəfindən qarşılanacaqdı. 1941-ci ilin iyununda Berlində dərc edilən bəyanatda göstərilirdi ki, 1940-cı ilin noyabrında Berlində Rubbentrop-Molotov danışıqları zamanı SSRİ Almaniya ilə “Qara dənizin boğazlarının və İstanbulun taleyi barədə razılığa gəlməyə çalışmışdır.
Müharibədən sonra faşist arxivlərini əlinə keçirən amerikalılar bu faktın doğruluğunu təsdiq etmiş və ABŞ Dövlət Departamenti tərəfindən dərc edilmişdir.1941-ci il iyun ayının 18-də “Dostluq və hücum etməmək haqqında” türk-alman müqaviləsinin imzalanması o dövrdə türk diplomatiyasının böyük qələbəsi idi.Yaddan çıxarmaq lazım deyil ki, 1939-40-cı illərdə Pribaltika, Qərbi Ukrayna və Qərbi Belorusiya ,Şimali Bukovina və Bessarabiya,Kareliyanın bir bir hissəsini zorla ilhaq edən SSRİ hökuməti Türkiyə barədə də eyni siyasəti yeridirdi. İosif Vissarionoviç Stalinin siyasi fəalliyətinə və ideyalarına daim nüfuz edən Lavrenti Pavloviç Beriya və Mikoyan Anastas İvanoviç Qars,Ərzurum və Ərdahan bölgələrinin yenidən ələ keçirilməsi üçün çalışırdılar. Hitler Almaniyası SSRİ ilə müharibəyə başladıqdan sonra iyunun 25-də Türkiyə rəsmi surətdə öz bitərəfliyi barədə bəyanat verdi və bütün müharibə ərzində heç bir təxribata uymayaraq bu bitərəfliyi pozmadı.
1941-ci ilin avqustunda sovet və ingilis qoşunlarının İrana yeridilməsi Türkiyəni bərk narahat edirdi. Türkiyə istər faşist bloku, istərsə də antihitler koalisiyası ölkələri ilə iqtisadi və ticarət əlaqələri saxlayırdı.
O zaman Türkiyə generallarından Hüseyin Hüsnü Emir Erkilet, Nuru Killigil Paşa (Ənvər Paşanın qardaşı), Ali İhsan Sabis və başqaları bolşevik-daşnak və rus imperiyasının zülmü altında inildəyən Azərbaycan, Şimali Qafqaz, Krım və Orta Asiya türklərinə kömək göstərmək üçün 1941-ci ilin noyabrında xüsusi mərkəz yaratmışdılar. Bu mərkəzin türk birliyini və həmrəyliyini əks etdirən qəzet və jurnalları Ankara və İstanbulda nəşr olunurdu.Bu mətbuat orqanları göstərirdilər ki, böyük dövlətlər arasında dünyanın nüfuz dairələrinə bölüşdürmək uğrunda aparılan bu müharibə sovet imperiyası ərazisində yaşayan türkdilli xalqlar üçün yabançı bir savaşdır və yüz minlərlə türk sovet-alman cəbhəsində əbəs yerə qan tökür.1944-cü ildə bir sıra türk xalqlarının öz vətənlərindən didərgin salınaraq, Sibir və Kazaxıstanın soyuq çöllərinə sürgün edilməsi Stalin və Mikoyanın qərəzli antitürk siyasətini bir daha aşkar etdi. Müharibə dövründə yuxarıda adlarını çəkdiyim generallardan savayı,Türkiyənin bir çox siyasi və ictimai xadimləri,diplomatları zorla Qızıl Orduya (Qızıl Ordu 1918-1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışgır) SSRİ silahlı qüvvələrinin rəsmi adı) səfərbər edilərək yad torpaqlar uğrunda gedən döyüşlərdə əsir alınıb Avropadakı həbs düşərgələrinə salınan minlərlə türkü ölümün pəncəsindən qurtarmaq üçün əllərindən gələni etmişlər.Onu da demək lazımdır ki, sovet tarixçiləri əsassız olaraq daima öz əsərlərində guya “müharibə dövründə Türkiyədə millətçi-pantürkizm ideyalarının gücləndiyini, türk hökumətinin almanpərəst və antisovet siyasət yeritdiyini və SSRİ-nin müharibədə məğlub olacağı halda türkdilli əhalinin yaşadığı ərazinin Türkiyə tərəfindən işğal olunacağını” iddia etmişlər: türk-sovet sərhədlərində 1942-ci ilin yayında 26 türk diviziyasının saxlıanılması isə yalnız Türkiyənin təhlükəsizliyini təmin etmək məqsədi güdürdü.Qeyd etmək lazımdır ki, həmin dövrdə sovet və Qərb ölkələrinin əks-kəşfiyyatı Türkiyə ərazisində geniş fəaliyyət göstərirdilər.1942-ci ilin fevralında sovet kəşfiyyat orqanları Almaniyanın Türkiyədəki səfiri Frans von Papenə qarşı sui-qəsd təşkil etdilər.Bu aksiyanı həyata keçirməkdə sovet tərəfinin məqsədi 2 dövlət arasında münasibətləri kəskinləşdirmək idi.
1943-cü iln əvvəlində antihitler koalisiyası ölkələrinin cəbhələrdə əldə etdiyi qələbələr türk diplomatiyasının real istiqamətlərini dəqiqləşdirdi. 1943-cü il yanvarın 30-31-də Adana şəhərində Türkiyə prezidenti İsmet İnönü (1938-1950) və Başbakan Mehmet Şükrü Saracoğlu (1942-1946) ilə Birləşmiş Krallıq Baş naziri (Böyük Britaniya) Ser Vinston Leonard Spenser Çörçillin görüşündə Balkanların gələcək taleyi əsas yer tuturdu.Vinston Çörçill rus qoşunlarını qabaqlayaraq Balkanlara əvvəl daxil olmaq planlarına Türkiyənin də qoşulmasını təkid edir, əks təqdirdə o, şimaldan təhlükəni dəf etmək üçün Türkiyəyə silah satışını və siyasi himayədarlığı dayandıracağını bildirdi.Prezident (Cumhurbaşkanı) İsmet İnönü isə İngiltərəyə Almaniyanın sülh təkliflərini qəbul edib sülh bağlamaq təklif edirdi.SSRİ –nın ABŞ və Böyük Britaniya tərəfindən silah və ərzaqla təhcizinin dayandırılmasını tələb edirdi. O, uzaqgörənliklə bildirirdi ki, SSRİ-nın bu müharibədə tam qələbə çalması gələcəkdə Avropanı rus tapdağı altına salaraq,demokratiya üçün ciddi təhlükə yaradacaqdı.
Göründüyü kimi,böyük siyasi xadimin uzaqgörənliyi gələcəkdə özünü doğrultdu.Bununla əlaqədar qeyd etmək lazımdır ki, Mustafa Kamal Atatürk (1923-1938) hələ II Dünya müharibəsi başlamazdan çox-çox əvvəl-1932-ci ildə Ankarada gələcək məşhur hərbi-siyasi xadimi general Duqlas Makartur ilə söhbətində bildirmişdi ki, 40-cı illərin əvvəlində Avropada baş tutacaq dəhşətli savaşda Avropa dövlətləri deyil, məhz ABŞ və Sovet Rusiyası qalib çıxacaqlar.
Türkiyənin əlverişli hərbi-strateji vəziyyəti,hərbi qüvvələri, təyyarə və dəniz limanları ingilis-amerikan komandanlığının diqqətini özünə cəlb edirdi. Onlar Türkiyəni öz tərəflərində müharibəyə cəlb etmək istəyirdilər.1943-cü ilin avqustunda Kanadada keçirilən Kvebek konfransında Franklin Ruzvelt (1933-1945) və Vinston Çörçill (1940-1945; 1951-1955) sovet qoşunlarını qabaqlamaq və Balkanları kommunist təhlükəsindən qorumaq üçün Türkiyədən istifadə etmək imkanlarını nəzərdən keçirmişdilər. Bunu hiss edən sovet diplomatiyası Türkiyəyə qarşı siyasi təzyiqini artırır. Məşhur türk tarixçisi Ahmed Şükrü Esmer bu barədə qeyd edir ki, “Stalinqrad və El-Alameyn döyüşlərindən sonra Türkiyə üçün təhlükə artıq Almaniyadan deyil, Rusiya tərəfdən gəlirdi”. Tehran konfransında çıxış edən Stalin də Türkiyənin tez bir zamanda müharibəyə cəlb edilməsinə tərəfdar çıxırdı. Lakin Türkiyə hökuməti Almaniyaya qarşı müharibəyə girməyə tələsmirdi.1944-cü ilin iyulun 15-də Vinston Çörçilə göndərdiyi teleqramda Stalin bildirirdi ki, Almaniya ilə əlaqələri kəsmək istəməyən Türkiyə qələbədən sonrakı dövrdə xüsusi imtiyazlara bel bağlaya bilməz.Bununla Stalin müharibədən sonra Qara dəniz boğazları barədə Türkiyənin suverenliyinin azaldılmasına işarə vururdu. Müttəfiqlərin təzyiqləri altında və dünyada baş verən dəyişiklikləri nəzərə alaraq Türkiyə hökuməti 1945-ci il fevralın 23-də Almaniya və Yaponiyaya müharibə elan etməli oldu.Lakin sovet hökuməti özünün antitürk siyasətini davam etdirirdi.1945-ci il mart ayının 19-da sovet hökuməti dostluq və bitərəflik haqqında 1925-ci ildə imzalanmış sovet-türk müqaviləsinin qüvvədən düşdüyünü bildirdi. II Dünya müharibəsinin sonuna yaxın xeyli güclənən və Avropanın yarısını işğal edən SSRİ-nı Türkiyənin yeritdiyi müstəqil və bitərəf xarici siyasət qane etmirdi.Köhnə ərazi iddiası və boğazlar məsələsindən bir təzyiq vasitəsi kimi istifadə edərək SSRİ hökuməti Türkiyədə öz nüfuzunu gücləndirmək və bu dövlətin daxili işlərinə qarışmaq fikrində idi.Lakin Türkiyənin o zamankı görkəmli siyasi xadimləri Stalin rejiminin bu təxribatlarına uymadılar. Belə çətin bir dövrdə Türkiyə rəhbərliyinin yeritdiyi real xarici siyasət gələcəkdə ölkənin müstəqilliyini və müdafiəsini güclndirmək üçün geniş imkanlar yaratdı.
Sıkıyönetim
1940-cı ilin noyabr ayının 20-də İstanbul, Kırklareli, Edirne, Tekirdağ, Çanakkale və Kocaeli illərində sıkıyönetim elan edildi və ertəsi gün bu bölgəni əhatə edən sıkıyönetim komutanlığına Jandarma Genel Komutanı Korgeneral Ali Rza Artunkal təyin edildi.
1941 A Seferi Kuruluş
İkinci Dünya Savaşının başlanmasından qısa bir müddət sonra qismən səfərbərlik elan edilərək 1920, 1921,1922 doğumlular silah altına alındı. 1-ci Orduya ( İstanbul, Komutan: Orgeneral Fahrettin Altay) bağlı Üç Kolordu Edirne sərhəddinə yerləşdirildi. Qərargahı Ankara olan 2-ci Ordu (Balıkesir, Komutan: Orgeneral Abdurrahman Nafiz Gürman) isə olası bir İstanbulun işğalına qarşı, paytaxt Ankaranı qoruması üçün Balıkesire yerləşdirildi. 3-cü Ordu (Erzincan, Komutan: Orgeneral Kazım Orbay), SSRİ, İran, İraq sərhəddini qorumaqla görəvləndirildi. Genelkurmayın (Baş Qərargahın) direkt komutası altındakı (Ankara Mareşal Fevzi Çakmak) birliklər bütün ölkənin müdafiəsinə görəvləndirildi. Ordunun mövcud sayı səfərbərlikdən sonra 1.300.000 kişiyə çıxardıldı.
İkinci Dünya Savaşının başladığı 1 sentyabr 1939-dan 7 may 1945-ə qədər Türk ordusuna bağlı hərbi birliklərdən ölənlərin sayı 1951-ci ildə Milli Savunma Bakanı Hulusi Köymen tərəfindən açıqlanmışdı.Türk ordusu gündə ortalama 13 əsgər, toplamda 22663 əsgər itirmişdi.