Hikmət Hacıyev Əbu-Dabi görüşündən danışdı: vacib detallar


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabi görüşündən danışıb.

Turkustan.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlama verib.

“Əbu-Dabi görüşü konstruktiv şəkildə keçirilib. Görüşdə danışıqlar üçüncü tərəf olmadan baş tutub. Son iki ildə Azərbaycan və Ermənistan arasında danışıqlar əsasən bu formatda aparılıb. Artıq məlumdur ki, tərəflər sülh müqaviləsi üzərində razılığa yaxınlaşıblar. Danışıqlarda müzakirə olunan əsas mövzulardan biri də məhz bu – sülh sazişinin imzalanması məsələsi idi”,- o qeyd edib.

Xatırladaq ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətləri arasında görüş baş tutub.


MANŞET XƏBƏRLƏRİ