Ukraynalı jurnalistdən İlham Əliyevə maraqlı hədiyyə: hərbi anlamı böyükdür - VİDEO


Ukraynalı jurnalist Yelena Kurbanova Azərbaycan Prezidenti İlham Əliyevə Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin uniformalarında istifadə olunan şevronlar hədiyyə edib.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, o, hədiyyəni III Şuşa Qlobal Media Forumunun fasiləsi zamanı dövlət başçısına təqdim edib.

Bu anların əks olunduğu videonu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko öz sosial şəbəkə hesabında yayımlayıb.

O, Prezident İlham Əliyevin ukraynalıların təslim olmaması ilə bağlı çox sərt bəyanat verdiyini də vurğulayıb:

"Dünən Yelena Azərbaycan Prezidentinə Ukrayna hərbi şevronlarını hədiyyə edib. Azərbaycan Prezidenti ona təşəkkür edib və Ukraynaya "işğalla barışmayın" mesajı göndərib. İşarə aydındır", - Aleksey Qonçarenko bildirib.

Xatırladaq ki, forumun birinci günü Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçıları ilə görüşü olub. Dövlət başçısı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb.


MANŞET XƏBƏRLƏRİ