"İslam Dövləti" terror təşkilatının (İŞİD) liderlərindən biri İraq və Suriya sərhədində öldürülüb.
Turkustan.az xəbər verir ki, pilotsuz təyyarə ilə İŞİD-in "ən nüfuzlu başçılarından biri" hesab edilən terrorçunun olduğu avtomobilə hücum edilib.
Məlumata görə, hücum nəticəsində onun köməkçisi də ölüb.
"ISNA" bu hücumu Suriyadakı terror qruplaşmaları arasında fikir ayrılıqlarının kəskinləşməsinin əlaməti kimi qiymətləndirib./publika.az