Ulduz Eyvazqızı
Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq.
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq.
O mənimdir, o mənim millətimindır ancaq.
Ulu Öndər Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, hər keçən gün daha da perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili və mənəviyyatı adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır. Ulu Öndərin hər zaman vurğuladığı kimi- Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkərverici qüvvəsidir.
Tarixi köklərə, sarsılmaz dəyərlərə söykənən Azərbaycan-Türkiyə dostluğu bütün dövrlərdə öz möhkəmliyini və əbədiliyini qoruyub saxlamaqdadır. Bunun nümunəsi olaraq qeyd etmək istəyirəm ki, bu dəyərlər bu gün Naxçıvan Muxtar Respublikasında da qorunur və möhkəmləndirilir. Bu sahədə silsilə tədbirlərin görüşlərin, layihələrin, sərgilərin, şənliklərin keçirilməsi buna nümunədir.
Təməli Turkiyə Cumhuriyətinın lideri Mustafa Kamal Atatürk tərəfindən qoyulan 23 Nisan (23 Aprel) Ulusal Egemenlik ve Çocuk bayramının Naxçıvanda keçirilməsi artıq ənənə halını alıb. Türkiyə Cumhuriyyətinin Naxçıvan Baş Konsolosu Asip Kayanın təşəbbüs və dəstəyi ilə 2023-cü il dən etibarən , bu il də Naxçıvanda 23 Nisan (23 Aprel) Ulusal Egemenlik ve Çocuk Bayramı böyük coşqu va sevinclə qeyd olundu. Turkiye Cumhuriyətinin Naxçıvan Baş Konsulu, "Günəş" Uşaq Akademiyasının va Naxçıvan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə aprelin 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatırında 23 Nisan Ulusal Egemenlik ve Çocuk bayramı" adlı tədbir keçirildi.
Tədbirdə çıxış edən Türkiyə Cumhuriyətinın Naxçıvan Baş Konsulu Asip Kaya, möhkəm Türkiya Azərbaycan qardaşlığından , Umummilli lider Heydər Əliyev və Mustafa Kamal Atatürkün iki dövlət bir millət arasında birlik və həmrəyliyin möhkəmlənməsi yolunda atdığı addımlardan, bu gün bu missiyanın ölkə prezidentləri tərəfindən uğurla davam etdirilməsindən, əməkdaşlıq əlaqələrinin intensiv inkişafından danışdı, Baş konsul geyd etdi ki, bu əlaqələrin gələcək inkişafı isə bu gün yetişən uşaqlardan asılıdır. Bu baxımdan 23 Aprel Milli Suverenlik və Uşaqlar günü hər iki ölkənin uşaqlarının bir araya gəlməsi ilə qeyd edilir.
Tədbirdə çıxış edən NMR Təhsil naziri Elxan Nəcəfli və "Günəş" Uşaq Akademiyasının təsisçi direktoru Ulduz Əliyeva çıxış edərək, ölkəmizdə hayata keçirilən dövlət uşaq siyasətindən, uşaq hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, ən əsası vətən və xalq üçün layiqli vətəndaşlar yetişdirilməsi istiqamətində geniş miqyaslı işlər görülməsindən danışıb. Tədbirdə əlamətdar günün ruhunu əks etdirən 150 uşaqdan ibarət rəqs, mahnı, şeir, səhnəcik vəsair maraqlı təqdimatlar edən uşaqlar böyük sevgi və alqışla qarşılanıb. Tədbiri maraqlı edən məqamlardan biridə "Günəş" Uşaq Akademiyasının Rəsm qrupunun “İki dövlət, bir millət” adlı rəsm sərgisində balaca rassamların rəsim əsərləri olub. Türkiyə-Azərbaycan dostluğunu, vətən, bayraq sevgisini tərənnüm edən rəsm əsərləri böyük rəğbət qazanıb. Tədbirdə bir-birindən gözəl və maraqlı rəqslər, təqdimatlar arasında Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəqs müəllimi Əfsanə Əmirovanın rəhbərlik etdiyi "Əlvan Çiçəklər" qrupunun hazırladığı "Azərbaycan-Türkiyə" kompazisiyasını tədbir iştirakçıları ayaqda alqışladı. "Günəş Uşaq Akademiyasının istedadlı uşaqlarının təqdimatları, Naxçıvan şəhər 1, 2,5 və 11 nömrəli uşaq bağçalarının fidanlarının oynadığı rəqslər, Şərur Gimnastlar Qrupunun rəhbəri Xanım Əhmədovanın rəhbərlik etdiyi gimnastlar qrupu şənliyi daha da maraqlı edərək, böyük coşqu və alqışla qarşılandılar.
Azərbaycan və Türkiyə bayraqlarının havada uçuşan təntənəsi iki dövlət bir millətin uşaqlarının parlaq gələcəyinin, möhkəm dostluğunun mənzərəsi idi. 23 Aprel Milli Saverenlik və Uşaqlar gününün sevgi, coşqu, böyük sevinç və təntənə ilə qeyd olunduğu gün dahi Hüseyn Cavidlərin, Mehmet Akif Ərsoyların niyyəti, arzusu idi. Bu gün gələcəyə akademik uşaqlar yetişdirmək, milli irsinin sahibi olan müasir düşüncəli, yüksək intelektli uşaqlar tərbiyə etməyin və bu kimi tədbirlərin böyük əhəmiyyəti və faydası var. Çünki bu günün uşaqları, sabahın böyükləridir. Düz 18-20 il bundan öncə uşaq olan şəhidlərimiz bu günün şanlı tarixini yazdılar. Nəsillərə örnək olub qəhrəmanlıq dastanına döndülər. Bu günün uşaqlarını elə tərbiyə etməliyik ki, türk torpağı uğrunda canını fəda edən hər bir şəhidin ruhu şad olsun.
Əsrlər, qərinələr keçsədə Vətən onu sevənlərlə var olur, onu sevərək özü ilə, ruhu ilə vəsf edənlərlə yaşayır. Təşkil olunmış şənlikdə dalğalanan Azərbaycan və Türkiyə bayraqları Görkəmli Azərbaycan dahisi Hüseyn Cavidin yaxın dostu, müəllimi, Türkiyə Respublikasının və Şimali Kipr Türk Respublikasının İstiqlal Marşının müəllifi "Vatan şairi" və "Milli şair" adı almuş Mehmet Akif Ərsoyun aşağıdakı sözləri 23 Aprel Milli Suverenlik və Uşaqlar gününün təntənəli şənliyinin illər öncədən təsviri idi.
Dalğalan sən də şəfəqlər kimi ey şanlı hilal!
Olsun artıq tökülən qanlarımın hamsı halal.
Əbədiyyən sənə yox, xalqıma yox bil ki, zaval:
Haqqıdır, hür yaşamış, bayrağının hürriyyət;
Haqqıdır, Haqqa tapan, millətimin istiqlal!