Tramp İranda onları məhv edəcək: İlk sırada görün kim var… – ŞOK SİYAHI


İsrailin “Israel Hayom” internet nəşri ABŞ–İran münasibətlərində artan gərginlik fonunda mümkün ssenarilərlə bağlı məqalə dərc edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Israel Hayom”un rəsmi saytında məlumat dərc olunub. Nəşr xatırladır ki, ABŞ Prezidenti cəmi bir həftə əvvəl verdiyi açıqlamada “İranda yeni liderliyə ehtiyac var” ifadəsini işlədib.

Məqalədə qeyd olunur ki, ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə cəmləşməsi fonunda Tehranda hansı yüksək rütbəli şəxslərin potensial risk altında ola biləcəyi və İslam Respublikasına məxsus hansı strateji obyektlərin mümkün hücum hədəfi kimi nəzərdən keçirilə biləcəyi müzakirə edilir.

“Israel Hayom”un iddiasına görə, mümkün hədəflər siyahısında İranın ali rəhbəri Əli Xamenei, SEPAH-ın yeni komandanı Məhəmməd Pakpur, fövqəladə qərargahın rəhbəri Qulaməli Rəşid, ordu komandanı Əmir Hatəmi, Ordu və SEPAH-ın Baş Qərargah rəisi Əbdürrəhim Musəvi, “Bəsic” milis qüvvələrinin komandanı Qulamrza Süleymani, “Qüds” Qüvvələrinin komandanı İsmayıl Qaani və Xameneyinin müşaviri Əli Şəmxani yer alır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ