NATO-nun Rusiya və Belarusla bağlı planı: yaxın iki il ərzində…


“NATO yaxın iki il ərzində Rusiya və Belarusla sərhəddə robotlaşdırılmış və avtomatlaşdırılmış müdafiə zonası yaratmağı planlaşdırır”.

Turkustan.az xəbər verir ki, bunu NATO-nun İzmirdəki Quru Qoşunları Komandanlığının Əməliyyatlar üzrə Qərargah rəisinin müavini Tomas Lovin deyib.

“Əsas məqsəd Rusiya və Belarusla həmsərhəd olan ölkələri qorumaqdır. Bu, hücumların qarşısını almaq və böhran vəziyyətində özümüzü müdafiə etmək qabiliyyətini təmin edəcək. Ona görə də Şərq Cəbhəsinin Müdafiəsi konsepsiyası mövcud NATO planlarını optimallaşdırmaq üçün hazırlanıb. Lakin bu konsepsiya təkcə şərq cinahına deyil, həm də qlobal miqyasda tətbiq oluna bilər”, – deyə o qeyd edib.

Lovin bildirib ki, bir neçə yüz min kilometr ərazidə xüsusi sensorlar yerləşdiriləcək:

“Bu cihazlar həmçinin düşmənin hərəkətləri və silah istifadəsi haqqında məlumat toplaya biləcək”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ